Qüvvəyə minmə tarixi: 14.11.2026 · Son yenilənmə: 14.11.2026
1. Ümumi
1.1. Bonus proqramı “PAKFİN KİMYA VƏ SƏNAYE” MMC (VÖEN 1904641871) tərəfindən pakfin.az saytında qeydiyyatdan keçmiş istifadəçilər üçün təşkil olunur.
1.2. Bonus balansı manatla göstərilir: 1 bonus = 1 qəpik (0,01 ₼). Balans “Kabinet → Bonus” bölməsində görünür.
1.3. Bonus pul vəsaiti deyil: nağdlaşdırılmır, karta və ya bank hesabına köçürülmür, başqa istifadəçiyə ötürülmür.
2. Bonus necə qazanılır
2.1. Bonus verilən hər məhsul üçün ədəd başına sabit bonus məbləği müəyyən edilir və məhsul səhifəsində göstərilir (məsələn, “+0,10 ₼ bonus”). Sifarişdən qazanılan bonus: məhsulun bonusu × say, bütün məhsullar üzrə cəm.
2.2. Çatdırılma və qablaşdırma haqqından bonus qazanılmır.
2.3. Qazanılan bonus balansa sifariş təhvil alındıqdan sonra yazılır. Ödənilmiş, lakin hələ təhvil alınmamış sifarişin bonusu “Təhvil alınanda yazılacaq” kimi göstərilir.
2.4. Şirkət kampaniyalar çərçivəsində, müştəri müraciətlərinin nəticəsinə əsasən və ya digər hallarda balansa əlavə bonus yaza bilər.
3. Bonus necə istifadə olunur
3.1. Bonusla yalnız məhsulların dəyəri (promo endirimi çıxıldıqdan sonra) qismən və ya tam ödənilə bilər. Bonus çatdırılma və qablaşdırma haqqına tətbiq olunmur.
3.2. Bonus pulsuz çatdırılma həddinin (30 ₼) hesablanmasına təsir etmir.
3.3. Sifariş rəsmiləşdirilərkən istifadə olunacaq bonus ayrılır, balansdan isə yalnız ödəniş təsdiqləndikdən sonra çıxılır. Ödəniş baş tutmazsa və ya sifariş ödənilmədən ləğv olunarsa, ayrılmış bonus balansda qalır.
4. Nümunə
| Məbləğ | |
|---|---|
| Məhsullar | 32,30 ₼ |
| Promo kod (10%) | −3,23 ₼ |
| Promodan sonra | 29,07 ₼ → 30 ₼-dan az olduğu üçün çatdırılma ödənişlidir |
| Bonus | −4,60 ₼ |
| Çatdırılma (iBox) | +3,00 ₼ |
| Qablaşdırma | +0,50 ₼ |
| Ödəniləcək | 27,97 ₼ |
5. Bonusun müddəti
Bonusun istifadə müddəti məhdudlaşdırılmır. Hesab silindikdə bonus balansı və tarixçəsi silinir və bərpa olunmur.
6. Ləğv və qaytarma zamanı bonus
| Vəziyyət | İstifadə olunmuş bonus | Bu sifarişdən qazanılacaq bonus |
|---|---|---|
| Ödəniş baş tutmur və ya sifariş ödənilmədən ləğv olunur | Balansdan çıxılmır | Yazılmır |
| İstifadəçi ödənilmiş sifarişi özü ləğv edir | Yanır, geri qaytarılmır | Yazılmır |
| Şirkət sifarişi ləğv edir (o cümlədən götürülməyən bağlama) | Balansa geri qaytarılır | Yazılmır |
| Qüsurlu məhsula görə sifariş tam ləğv olunur və pul qaytarılır | Balansa geri qaytarılır | Yazılmır |
6.1. Ödənilmiş sifarişi ləğv etməzdən əvvəl Sayt xəbərdarlıq göstərir: istifadə olunmuş bonus geri qaytarılmayacaq.
6.2. Bonusun səhvən və ya bu qaydalara zidd şəkildə hesablandığı müəyyən edildikdə Şirkət bonus balansına düzəliş edə bilər; balans sıfırdan aşağı düşmür.
7. Sui-istifadə
Bonus və ya promo sistemindən sui-istifadə aşkar edilərsə (saxta hesablar, təkrar ləğv və sifariş sxemləri, texniki xətalardan istifadə), Şirkət həmin bonusları ləğv edə və hesabı bloklaya bilər.
8. Dəyişikliklər
Şirkət bu qaydaları dəyişə və ya bonus proqramını dayandıra bilər. Dəyişikliklər Saytda dərc edildiyi tarixdən qüvvəyə minir; əhəmiyyətli dəyişikliklər barədə Saytda və ya e-poçtla məlumat verilir.